ABŞ Şimali Koreya və Rusiya ilə bağlı ciddi iddialar irəli sürüb.
Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında çıxış edib.
“Rusiya ilə Şimali Koreya arasında silah danışıqlarının fəal şəkildə davam etdiyi barədə yeni məlumatımız var. Bu danışıqlardan sonra yüksək səviyyəli danışıqlar yaxın aylarda davam edə bilər. Potensial razılaşmalarla Rusiya Şimali Koreyadan Ukraynada istifadə etməyi planlaşdırdığı əhəmiyyətli miqdarda və müxtəlif növ sursat ala bilər”,-deyə bildirilib.
//Safura Bənnayeva, Editor.az