ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çalışırbackend

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın son ballistik raket sınaqlarını müzakirə etmək üçün toplaşıb.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ səfiri Linda Tomas-Qrinfild Şimali Koreyanın mayın 4 və 7-də keçirdiyi ballistik raket sınaqlarını pisləyib və bildirib ki, bu sınaqlar açıq şəkildə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Şimali Koreyanın təkcə bu il 17 ballistik raket sınağı həyata keçirdiyini bildirən Tomas Qrinfild Pxenyanın 7-ci nüvə sınağına hazırlıq məqsədilə nüvə sınaq sahəsini yenidən qurmağa başladığını bildirib.

Səfir Çin və Rusiyanı nüvə proqramına görə Şimali Koreyaya qarşı son iki ildə tətbiq edilən sanksiyaların həyata keçirilməsinə və yenilənməsinə mane olmaqda günahlandırıb. Qrinfild Şimali Koreyaya qarşı sanksiyaların artırılması ilə bağlı danışıqların sonuna yaxınlaşdıqlarını və şuranın bu mövzuda səssiz qalmaması lazım olduğunu bildirib.

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun isə Şimali Koreyaya qarşı yeni sanksiyalar əvəzinə dialoq aparmağın lazım olduğunu və əlavə sanksiyaların vəziyyəti daha da pisləşdirəcəyini qeyd edib.

Qeyd edək ki, BMT TŞ 2006-cı ildən Şimali Koreyanın nüvə proqramına görə ona qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq edib.

//Gülnarə Abasova, Editor.az