ABŞ şirkətlərə Rusiyada vergi ödəmək icazəsini uzadıbbackend

ABŞ şirkətlərə Rusiyada vergi ödəmək icazəsini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyada vergi və icbari ödənişlərə icazə verilməsi müddətini 2025-ci il iyulun 9-dək uzadıb. Müvafiq olaraq, ABŞ vətəndaşları və ABŞ-ın nəzarətində olan qurumlar Rusiyada vergi, rüsum və idxal rüsumlarını ödəmək hüququna malik olacaqlar.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Sənəddə deyilir: “ABŞ vətəndaşlarına və ya birbaşa və ya dolayısı ilə ABŞ vətəndaşlarına məxsus və ya onların nəzarətində olan qurumlara 9 iyul 2025-ci il Moskva vaxtı ilə saat 07:01-ə və şərq vaxtı ilə saat 12:01-ə qədər vergilər, rüsumlar və ya idxal rüsumlarını ödəməyə, habelə icazə, lisenziya, qeydiyyat, sertifikat və ya vergi geri qaytarılmasına icazə verilir”.

Rusiya Mərkəzi Bankı bildirib ki, bu, Milli Rifah Fondu və Maliyyə Nazirliyi ilə bağlı ödənişlərə aiddir. Sözügedən icazənin ABŞ prezidentinin 14024 nömrəli sərəncamı ilə qadağan edilən əməliyyatlarla bağlı olduğu da bildirilib.

//Gülnarə Abasova, Editor.az