ABŞ strateji bombardmançı təyyarələrini Avropadan çıxartdıbackend

ABŞ strateji bombardmançı təyyarələrini Avropadan çıxartdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın iki strateji bombardmançı təyyarəsi B-52H “Stratofortress” Rumıniyadakı hava bazasında əməliyyatı başa vuraraq bir həftə əvvəl köçürüldükləri ərazini tərk edib.

ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, bombardmançı təyyarələr Luiziana ştatındakı Barksdeyl Hərbi Hava Qüvvələri bazasına qayıdıb. ABŞ Hərbi Hava Qüvvələrinin B-52 pilotu və 20-ci Ekspedisiya Bombardmançısının komandiri podpolkovnik Jared Patterson, “Tarixi yerləşdirməmiz ABŞ-Rumıniya ittifaqının gücünü və möhkəmliyini, regional təhlükəsizlik və NATO-nun kollektiv müdafiəsinə birgə öhdəliyimizi vurğulayır” – deyib.

Nəşr qeyd edir ki, missiya zamanı bombardmançı təyyarələr Finlandiya, Almaniya, Britaniya, Macarıstan və Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri ilə birgə əməliyyatlar həyata keçirib. Departamentin məlumatına görə, missiya çərçivəsində Amerikanın B-52H təyyarələri ilk dəfə Rumıniyaya eniş edib.

İyulun 21-də Rumıniyaya çatmazdan əvvəl bombardmançı təyyarələr Norveç və Finlandiya üzərində uçublar. Həmin gün Rusiya Müdafiə Nazirliyi Rusiyanın MiQ-29 və MiQ-31 qırıcılarının Barents dənizindən ABŞ-a məxsus iki bombardmançı təyyarənin Rusiya sərhədinə yaxınlaşması ilə bağlı məlumat yayıb. Rusiya departamenti aydınlaşdırıb ki, heç bir sərhəd pozuntusu olmayıb.

//Samir Qurbanov, Editor.az