ABŞ Suriya ilə bağlı BMT-yə müraciət edibbackend

ABŞ Suriya ilə bağlı BMT-yə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını ötən həftə baş verən güclü zəlzələdən sonra Türkiyə üzərindən Suriyanın şimalına daha çox yardım göndərilməsi üçün “dərhal səsverməyə” çağırıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, 2014-cü ildən BMT Suriyanın şimalındakı milyonlarla insana yalnız Təhlükəsizlik Şurasının icazəsi ilə Türkiyə vasitəsilə yardım göndərə bilirdi. Hazırda isə Türkiyə-Suriya sərhədində yardım üçün yalnız bir sərhəd keçidindən istifadə edilə bilər.

ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild “Reuters”-ə məsələ ilə bağlı açıqlama verib.

“Biz onları köməksiz qoya bilmərik. BMT-nin humanitar yardımın digər sərhəd keçid məntəqələri vasitəsilə çatdırılmasına icazə vermək çağırışına dərhal qərar verməliyik. Tez və qətiyyətlə hərəkət etməliyik”,-deyə
BMT-nin Baş katibi Antonio Quterreş də daha geniş imkanlar yaratmağa çağırıb.

//Safura Bənnayeva, Editor.az