ABŞ silahlı qüvvələri Suriyanın şimal-şərqindəki Rakka əyalətində əvvəllər boşaltdıqları 2 məntəqədə fəaliyyətlərini yenidən bərpa edir.
Editor.az bu barədə “AA” ya istinadən xəbər verir.
Bildirilir ki, son günlərdə Rusiyanın regiondakı fəaliyyətləri ABŞ-ın narahatlığına səbəb olub və məhz buna görə ABŞ hərbçiləri Rakkadan 50 km uzaqlıqda yerləşən Tabqa Hərbi Hava Limanındakı bazalarına geri dönmək üçün fəaliyyətə başlayıb. Bu hadisələrin fonunda əraziyə hərbi heyətin daşınması üçün nəzərdə tutulan çox sayda avtomobil, 9 ədəd “Bradley” zirehli maşını və çoxlu ABŞ hərbiçisi göndərilib.
Qeyd edək ki, son 4 ayda Vaşinqton sözügedən əyalətlərdəki baza və hərbi məntəqələrə yüzlərlə yük maşını, hərbi və logistika ləvazimatları daşıyıb. Fərat çayının şərqində YPG/PKK-nın işğalı altında olan bölgələrdə ABŞ əsgərləri İraq ərazisindən keçməklə baza və hərbi məntəqələrə göndərilir.
//Nəzərbəy, Editor.az

