ABŞ tarixinin ən bahalı evi satışa çıxarıldıbackend

ABŞ tarixinin ən bahalı evi satışa çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neapol (Florida ştatı) ətraflarında üç ev kompleksinin və təxminən 3,6 hektar ərazinin sahibləri onu 295 milyon dollara satışa çıxarıblar.Əgər ev bu qiymətə alınarsa, indiyə qədər ABŞ-da satılan ən bahalı ev olacaq.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” yazıb. Daşınmaz əmlak ekspertlərinin qeyd etdiyi kimi, bu qiymət digər şeylərlə yanaşı, onun cəlbedici yerləşməsi ilə izah olunur.

Belə ki, ev Meksika körfəzinin sahilində yerləşir, evin ölçüsü və bu yerdəki torpaq sahəsi, həmçinin yaxtalar üçün öz buxtasının olması ilə əlaqədardır. Ancaq sonda evin bir az aşağı qiymətə alınma ehtimalı var. Son illərdə ən azı iki ev – Los-Anceles bölgəsindəki “Casa Encantada” villası və Nyu-Yorkun elit bölgəsində, milyarderlər sırası adlanan penthaus – 250 milyon dollara satışa çıxarılıb.

İndi onların qiyməti 195 milyon dollara düşüb. Hazırda sövdələşmə 2019-cu ildə 240 milyon dollara satılan eyni “milyarderlər küçəsi”ndə yerləşən penthaus üçün rekord qiymətdir.

//Samir Qurbanov, Editor.az