ABŞ Dövlət Departamenti Tayvana F-16 döyüş təyyarələri üçün döyüş sursatı və digər müvafiq avadanlıqların satışını təsdiqləyib.
Editor.az Pentaqonun məlumatına istinadən bildirir ki, müqavilənin məbləği 619 milyon dollardır. Əsas podratçılar “Raytheon Technologies” və “Lockheed Martin” şirkətləridir. Təhlükəsizlik Əməkdaşlıq Agentliyi çərşənbə günü satış barədə Konqresə məlumat verərək lazımi sertifikatları təqdim edib.
Tayvanla Münasibətlər Aktı ilə icazə verilən satışın təsdiqlənməsi Vaşinqton və Pekin arasında gərginliyin artması fonunda baş verir. Belə ki, Çin son bir neçə həftədir ki, adanın su sahəsinə və hava məkanına demək olar ki, hər gün müdaxilə edir.
//Samir Qurbanov, Editor.az