Tayvan məsələsində iki dünya nəhəngi Çin və ABŞ arasında geosiyasi rəqabət və gərginlik daxilində münaqişə riskini minimuma endirəcək incə balansı tapmaqda çətinlik çəkən yeni proseslər var.
Filippinin aparıcı milli qəzetlərindən biri olan The Manila Times Çinin Tayvanla bağlı xəbərdarlıqlarına baxmayaraq ABŞ ordusunun Havaydakı hərbi bazasından Filippinə böyük yanacaq ehtiyatı göndərdiyini yazıb və bildirilib ki, bu addım müharibə üçün mümkün hazırlıqdır. Yaxında seçkilərin keçiriləcəyi Tayvan üzərindən Çinlə bağlı şübhələrini artırdı. Qəzet ABŞ səfirliyinin verdiyi açıqlamaya istinad edərək, “Yosemite Trader” adlı kommersiya tankerinin ABŞ ordusunun Havaydakı Pearl Harbor hərbi bazasındakı Red Hill obyektini tərk etdiyini və hazırda Filippindəki Subik körfəzində olduğunu vurğulayıb. Bundan əvvəl Filippin parlamentinin senatoru Maria Josefa Aymi Markos Sambales bölgəsindəki Subicdə ABŞ ordusuna aid 39 milyon barrel (təxminən 148 milyon litr) yanacağın saxlandığını bildirərkən narahatlığını ifadə etmişdi. Senator Filippin Müdafiə Departamentindən və silahlı qüvvələrdən yanacaq tankerinin yanvarın 9-da ölkəyə gəldiyini sübut edən izahat tələb etmişdi. Aymi Markos açıqlamasında belə deyib: “Subic ABŞ ilə Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Sazişi tərəfindən əhatə olunmur, bəs milyonlarla barel yanacaq niyə və dəqiq olaraq harada saxlanılacaq?”. Filippinli senator Markosun sözlərinə görə, bu vəziyyət artıq xarici siyasət məsələsi deyil, Filippinin suverenliyi və hətta regionun suverenliyi məsələsidir. Markos şərh edib ki, ABŞ və Filippin rəsmilərinin susqunluğu Çin və ABŞ arasında Tayvan üzərində mümkün müharibə proqnozlarının olduğu bir vaxtda ölkədə hərbi güclənməyə dair şübhələri artırır. Tayvanda seçkilərin yanvarın 13-də keçirilməsi planlaşdırıldığı halda, Çin Xarici İşlər Nazirliyi ABŞ-ı Tayvanda keçirilən seçkilərə müdaxiləni dayandırmağa çağırıb. Bildirilib ki, seçkilərdə üç siyasi partiya iştirak edəcək: Tayvan Xalq Partiyası, Demokratik Tərəqqi Partiyası və Kuomintang.
Çin və ABŞ kimi iki nəhəng ölkə arasında münasibətlərin inkişafı yolunda ən böyük maneə kimi görünən Tayvan məsələsinin münaqişəyə çevriləcəyi təqdirdə dünya iqtisadiyyatına vurduğu zərərin Ukraynanın təsirindən də keçəcəyi təxmin edilir. Beynəlxalq xəbər agentliyi Bloomberg-in hesablamalarına görə, Tayvan üzərində mümkün hərbi münaqişə dünya iqtisadiyyatına təxminən 10 trilyon dollara başa gələcək. Xəbərdə Tayvandakı qarşıdurmaların Ukraynada davam edən gərginliklə yanaşı pandemiyanın səbəb olduğu qlobal maliyyə böhranından daha böyük olacağı ifadə edilib və əlavə edilib: “Tayvan üçün müharibənin maliyyə bahası o qədər böyük olacaq ki, hətta müharibəyə məruz qalanlar belə status-kvodan ən çox narazı olanların bu riskə getməmək üçün səbəbləri olacaq”.
Bloomberg Economics münaqişənin dəyərini təqribən 10 trilyon dollar, qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən 10 faizinə bərabər hesab edir. Bloomberg həmçinin Pekinin regionda artan iqtisadi və hərbi təsirini, Tayvanda artan milli kimlik hissini və Çin və ABŞ arasında qeyri-münasib münasibətləri nəzərə alaraq, mümkün böhran üçün şəraitin artıq yaradıldığına diqqət çəkib. Nəşr yanvarın 13-də Tayvanda gözlənilən görüşün seçkiləri münaqişələrə yaxınlaşdıracaq potensial “partlayıcı amil” kimi xarakterizə edir.
//Gülnarə Abasova, Editor.az

