ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb: Ölənlər varbackend

ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 12-də təxminən saat 14:00-da İraqın qərbində ABŞ-yə məxsus “KC-135” yanacaq dolduran təyyarəsi qəzaya uğrayıb. Altı heyət üzvündən dördünün öldüyü təsdiqlənib və axtarış-xilasetmə işləri isə davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X”də məlumat verib.

“Hadisənin baş vermə səbəbləri araşdırılır”, – deyə məlumatda qeyd olunub.

“Hərbi qulluqçuların kimliyi yaxın qohumların məlumatlandırılmasından sonra 24 saat tamam olanadək açıqlanmır”, – bəyanatda bildirilib.