ABŞ Tokioda keçiriləcək Dördlü Sammitdə “Hind-Sakit Okean İqtisadi Çərçivəsi” (IPEF) təşəbbüsünü irəli sürəcək.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Vaşinqtondakı səfiri Tomita Koji açıqlama verib.
Tomita bu təşəbbüsün regionda “Azad və Açıq Hind-Sakit Okean” vizyonunun reallaşması üçün çox əhəmiyyətli olduğunu bildirib. Bölgədə Çinin fəaliyyətinin artırdığı vaxtda irəli sürülən “yeni tərəfdaşlıq” təşəbbüsü yüksək ticarət standartlarını, iqtisadiyyatların rəqəmsallaşdırılmasını, təchizat zəncirlərinin inkişafını və infrastruktur investisiyalarının asanlaşdırılmasını əhatə edir. Çinə qarşı qeyri-rəsmi strateji forum kimi tanınan və “Asiyadakı demokratiya qövsü” kimi təsvir edilən ittifaq , qismən müntəzəm görüşlər və məlumat mübadiləsi ilə fəaliyyətə başlayır.
//Gülnarə Abasova, Editor.az

