ABŞ Trampa sui-qəsd cəhdini araşdırmaq üçün ikitərəfli komissiya yaratdıbackend

ABŞ Trampa sui-qəsd cəhdini araşdırmaq üçün ikitərəfli komissiya yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Alejandro Mayorkas ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdini araşdırmaq üçün ikitərəfli komissiya təyin edib.

Editor.az xəbər verir ki, bu barədə Nazirliyin saytında verilən məlumatında deyilir. “Biz iyulun 13-də baş verənlərin dibinə varmağa sadiqik və mən bu mühüm araşdırmaya hüquq-mühafizə və təhlükəsizlik əməliyyatlarında onilliklər boyu təcrübə gətirəcək bu müstəqil araşdırmanın hörmətli üzvlərinə minnətdaram”,- deyə nazirliyin saytında məlumat verilib.

İkitərəfli və müstəqil araşdırmanın Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı davam edən FTB araşdırmasına mane olmamaq üçün aparılacağı qeyd edilib.

Qeyd edək ki, Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə baş verib. Trampın qulağına atəş açılıb.

//Gülnarə Abasova, Editor.az