ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter yeni seçilmiş prezident Donald Trampı BRİKS ölkələrinə qarşı hədələrindən sonra üçüncü ölkələrə qarşı bütün sanksiyaları ləğv etməyə çağırıb.
Editor.az xəbər verir ki, yazı onun X sosial şəbəkəsindəki səhifəsində yer alıb. Ritter seçilmiş prezidenti dolları dünya üçün cəlbedici etməyə çağırıb və bunun üçün ikinci dərəcəli sanksiyaların aradan qaldırılması lazım olduğunu bildirib. Keçmiş kəşfiyyatçı hesab edir ki, Vaşinqton ələ keçirilən bütün vəsaitləri ölkələrə qaytarmalı və SWIFT ödəniş sisteminə çıxışı bərpa etməlidir. “Dollar hər kəs üçün əlçatan olsun. Əks halda, heç kim ondan istifadə etmək istəməz. Və sizin mövqeyinizin heç bir hissəsi onların fikrini dəyişməyəcək”,- dedi.
Qeyd edək ki, ötən gün “Truth” sosial şəbəkəsində Donald Tramp BRİKS ölkələrini dollara alternativ valyuta yaratmaq planlarından əl çəkməsələr, onları 100% tariflərlə hədələyib. Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, ABŞ dollarını hesab valyutası kimi tərk etməyə davam etsələr, bu ölkələr üçün ABŞ ilə ticarət məhdudlaşacaq.
//Gülnarə Abasova, Editor.az