ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının nəticəsindən məyus olub.
Editor.az bu barədə The New York Times-a istinadla yazır.
Jurnalistlər Trampın Ağ Evin Ukraynada sülhün əldə oluna biləcəyi ilə bağlı müsbət bəyanatlarından sonra danışıqlardan fərqli nəticə gözlədiyini bildirirlər.
Qeyd edək ki, martın 18-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında ikinci rəsmi telefon danışığı olub. İki lider Ukrayna probleminin həlli yollarını və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı müzakirə ediblər.
//Gülnarə Abasova, Editor.az