ABŞ: Türkiyə bizim üçün dəyərli müttəfiqdirbackend

ABŞ: Türkiyə bizim üçün dəyərli müttəfiqdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Türkiyə hökuməti ilə yaxın münasibətdə olduğunu bəyan edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında danışıb.

“Türk şirkətlərinə qarşı sanksiyaların İsveçin NATO-ya üzvlük prosesinə təsir edəcəyindən narahat deyilsinizmi?” sualına Miller bunun heç bir təsiri olacağını düşünmədiyini deyib.

Miller ABŞ prezidenti Co Baydenin bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü xatırladıb: “Türkiyə hökuməti ilə konstruktiv və yaxın münasibətlərimiz var. Türkiyə bizim üçün dəyərli müttəfiqdir”. Miller türk şirkətlərinə qarşı sanksiyaların İsveçin NATO üzvlüyü ilə bağlı olmadığını və ABŞ-ın bu üzvlüyə verdiyi önəmi Türkiyəyə çatdırdığını bildirib.

ABŞ Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Rusiyanın avtomobil, filiz və almaz mədən sahələrində fəaliyyət göstərən, o cümlədən AvtoVaz, Moskviç, Transmaşholdinq, Avtodor, Saturn şirkətlərini “qara siyahı”ya daxil edib. Açıqlamada ABŞ Dövlət Departamentinin də sanksiya siyahısına 70-dən çox adam əlavə etdiyi vurğulanıb. Bildirilib ki, bu sanksiyalar çərçivəsində Türkiyədə fəaliyyət göstərən 3 şirkət və bir Türkiyə vətəndaşı siyahıya daxil edilib.

//Gülnarə Abasova, Editor.az