ABŞ Türkiyədən İranı razı salmağı xahiş edibbackend

ABŞ Türkiyədən İranı razı salmağı xahiş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti bütün müttəfiqlərini Yaxın Şərqdə gərginliyi azaltmaq üçün İrana təsir göstərməyə çağırıb Amerikanın Türkiyədəki səfiri Cef Fleykin sözlərinə görə, bu, Ankaraya da aiddir. O bildirib ki, Türkiyə hakimiyyəti gərginliyin qarşısını almaq üçün əlindən gələni edir: “Biz Türkiyə də daxil olmaqla, İranla hər hansı münasibəti olan bütün müttəfiqlərimizdən onları gərginliyi azaltmağa razı salmalarını xahiş edirik”, – səfir İstanbulda jurnalistlərlə keçirilən dəyirmi masada deyib.

O əlavə edib ki, Türkiyə təmsilçiləri regionda eskalasiyanın olmayacağına əmindirlər. Onun sözlərinə görə, hazırda Türkiyə ilə ABŞ arasında münasibətlər “son zamanlar heç vaxt olmadığı qədər yaxşı vəziyyətdədir”.

Bu gün səhər saatlarında, avqustun 13-də ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa başçıları danışıqlardan sonra İranı İsraillə münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıblar. İran Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, bu çağırış “siyasi məntiqdən məhrumdur” və beynəlxalq hüququn prinsiplərinə ziddir.

Xatırladaq ki, İran iyulun 31-də HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə qarşı böyük zərbə endirəcəyini vəd edib. “Axios”un məlumatına görə, hücum yaxın günlərdə baş verə bilər. İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, İsrail ordusu “yüksək hazırlıq səviyyəsindədir”

//Samir Qurbanov, Editor.az