ABŞ Türkiyəyə S-400 üçün alternativ təklif edibbackend

ABŞ Türkiyəyə S-400 üçün alternativ təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Türkiyənin əldə etdiyi Rusiya istehsalı S-400 zenit-raket kompleksinə dair rəsmi Ankaraya alternativ təqdim edib.

Bunu “CNN Türk”ə müsahibəsində ABŞ Dövlət Katibinin müavini Uendi Şerman bəyan edib.

“S-400-lərin əldə edilməsi NATO alyansında problemlər yaradır. Biz alternativ təqdim etdik. Onlar nə etməli olduğunu dəqiq bilir. Ümid edirəm ki, ümumi çıxış yolu tapa biləcəyik”, – deyə Şerman bildirib

O, hansı alternativdən söhbət getdiyini dəqiqləşdirməyib.