ABŞ üçüncü dünya müharibəsini başlatmaqda ittiham olunurbackend

ABŞ üçüncü dünya müharibəsini başlatmaqda ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ sıravi Rusiya vətəndaşlarına qarşı hücumları artırmaq üçün Ukraynanı hədəf alaraq III Dünya Müharibəsinə yol açır. Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Ağ Evin Kiyevə Rusiya ərazisinə uzaqmənzilli Qərb silahları ilə zərbələr endirməsinə icazə verməklə bağlı mümkün qərarını şərh edərkən deyib.

Antonov həmçinin bəyan edib ki, ABŞ-ın Rusiyanı strateji məğlubiyyətə uğratmaqda məqsədinin reallaşması qeyri-mümkündür.

Sentyabrın 11-də ABŞ dövlət katibi Entoni Blinken Kiyevlə Rusiya ərazisinin dərinliklərinə hücumlar üçün uzaqmənzilli raketlərdən istifadə icazəsini müzakirə etdiyini və danışıqların nəticələri barədə Baydenə hesabat verəcəyini bildirib. O, bundan əvvəl Vaşinqtonun və Londonun uzaqmənzilli silahlardan istifadə etmək xahişini nəzərə alacağına söz vermişdi. Qərb Kiyevin Rusiya ərazisinə dərindən hücuma keçməsinə icazə verərsə, Moskva lazımi cavab verəcəyini vəd edib.

//Gülnarə Abasova, Editor.az