ABŞ Ukrayna məsələsi ilə bağlı bu addımı atmaq istəyirbackend

ABŞ Ukrayna məsələsi ilə bağlı bu addımı atmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə ayrıca görüş keçirməyi planlaşdırır.

Bu barədə ABŞ-nin rəsmi nümayəndəsi “ABC News”a bildirib.

Rusiya tərəfi ilə nəzərdə tutulan görüşün harada keçiriləcəyi barədə məlumat verilməyib.

Məlumata görə, ABŞ Kiyev təklif olunan razılaşmaya razılıq verməsə, Ukraynaya göstərilən hər cür yardımın tam dayandırılması ilə hədələyib. Bu dayandırma hava hücumundan müdafiə raketlərinin tədarükünü, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsini və ABŞ tərəfindən silah tədarükü və dəstəklə bağlı bütün digər öhdəlikləri əhatə edəcək.

Xatırladaq ki, dünən Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndə heyətlərinin iştirakı ilə Vaşinqtonun təklif etdiyi sülh planı məsələsi üzrə danışıqlar aparılıb.

Məlumdur ki, Avropa qarşı təklif irəli sürüb. Lakin hər iki plan Ukrayna üçün böyük güzəştlər və ərazi itkiləri nəzərdə tutur.

Müsavat.com