Ukraynadakı münaqişənin nəticəsi döyüş meydanındakı vəziyyətdən deyil, ABŞ prezidenti Donald Trampın ətrafında siyasi manevrlərdən asılıdır, onun mövqeyi münaqişə tərəflərinə təsir edə bilər.
Editor.az bu barədə CNN-yə istinadla yazır.
Məqalədə qeyd edilir ki, Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı həlledici ola bilər. Aİ liderləri də bu kontekstdə Amerika lideri ilə ünsiyyət qurmağa can atırlar, çünki Trampın münaqişəyə baxışı onun sonuncu kiminlə görüşdüyünə görə formalaşa bilər.
“Ukraynanın ən böyük qorxusu liderlərin [Putin və Trampın] telefonla öz sülh planını hazırlaması və daha sonra ABŞ-ın həyati əhəmiyyətli hərbi və iqtisadi yardımını geri götürmək təhlükəsi altında Putinin şərtlərini həyata keçirməyə çalışmasıdır”,- mətndə deyilir.
//Gülnarə Abasova, Editor.az