ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni plan hazırlayır: Rusiyaı ilə məsləhətləşmələr gedirbackend

ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni plan hazırlayır: Rusiya ilə məsləhətləşmələr gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika xəbər agentliyi “Axios”un məlumatına görə, 28 maddəlik plan Prezident Trampın Qəzza zolağı ilə bağlı razılığa gəlmək üçün uğurlu səylərindən ilhamlanıb.

Xüsusi elçi Stiven Vitkoff məsləhətləşmələrə rəhbərlik edir və o, Trampın planını Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevlə “ətraflı müzakirə edib”.

Dmitriyev əvvəllər bildirmişdi ki, o və Vitkoff oktyabrın sonlarında məsləhətləşmələr aparıblar və bu məsləhətləşmələr zamanı Rusiyanın vəziyyətlə bağlı mövqeyini müzakirə ediblər. Bundan əlavə, Rusiya və ABŞ liderləri arasında növbəti görüş üçün Rusiya-Amerika münasibətlərinin həlli və bərpası ilə bağlı təklifləri özündə əks etdirən sənədin hazırlanması planlaşdırılır.

//Samir Qurbanov, Editor.az