ABŞ prezidenti Donald Tramp Ukraynaya münaqişənin həlli üçün Koreya ssenarisinə bənzər həll variantı təklif edə bilər.
Editor.az bu barədə “The Washington Post”a istinadla yazır. .”Tramp administrasiyası nəzarət xətti boyunca atəşkəs nəzərdə tutur ki, bu da təqribən indiki 600 millik cəbhəyə uyğundur. (Pentaqon rəhbəri Pete – redaktorun qeydi) Təmas xətti etibarlı beynəlxalq nəzarətə tabe olmalıdır. Bu yanaşma Koreyanı bitirən atəşkəs xəttini xatırladır”,- deyə qeyd edilib.
Məqalədə qeyd edildiyi kimi, Ukrayna Tramp administrasiyasından daha çox şey, xüsusən də ABŞ-dan Avropa sülhməramlılarına dəstək vermək üçün etibarlı öhdəlik istəyir.
//Gülnarə Abasova, Editor.az

