ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı danışıqlarda sərhəd siyasəti barədə ABŞ və Meksika arasında davam edən fikir ayrılıqları səbəbindən boşluq yaranıb.
Editor.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Hazırda respublikaçıların tələbləri əsaslı deyil. Onlar faktiki olaraq Demokratların səsini ala bilmirlər”, – nəşr respublikaçılarla əsas danışıqlar aparan demokrat senator Kris Mörfidən sitat gətirir. Respublikaçı konqresmenlərin tələblərinə cavab olaraq Ağ Evin prezidenti Co Bayden sərhəd məsələsində “əhəmiyyətli güzəştlərə” hazır olduğunu açıqlasa da lakin respublikaçılar Ukraynaya yardıma səs verməkdən imtina edir və “mövcud olan bütün vasitələrdən” istifadə etməklə hədələyirlər. ABŞ prezident administrasiyası lazımi tədbirləri görməyə davam edir.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın “The Guardian” qəzeti ABŞ prezidenti Co Bayden administrasiyasının Konqresdən yan keçərək İsrailə tank mərmiləri verdiyini yazmışdı.
//Gülnarə Abasova, Editor.az

