ABŞ Ukrayna və İsrailə yeni yardım paketini açıqlayıbbackend

ABŞ Ukrayna və İsrailə yeni yardım paketini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden administrasiyasının bu həftə Konqresə yeni maliyyə paketi təqdim edəcəyi gözlənilir .Buraya Ukrayna və İsrailə yardım da daxil ediləcək.

Editor.az bu barədə “NBC News”a istinadən məlumat verir.

Xəbərə görə, əlavə maliyyə paketi hələ yekunlaşma mərhələsində olsa da Ukrayna üçün 60 milyard dolları əhatə edəcək. Paket həmçinin İsrail, Tayvan və ABŞ-Meksika sərhədinin möhkəmləndirilməsinə təxminən 40 milyard dollar yardımı əhatə edəcək.

Onu da qeyd edək ki, indiyədək ABŞ Kiyevə 75 milyard dollardan çox hərbi, humanitar və maliyyə yardımı edib.

//Safura Bənnayeva, Editor.az