ABŞ Ukraynada hərbi cinayətlər törədənləri cəzalandırmaq üçün böyük məbləğdə vəsait ayırıbbackend

ABŞ Ukraynada hərbi cinayətlər törədənləri cəzalandırmaq üçün böyük məbləğdə vəsait ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynada hərbi cinayətlərdə iştirak edənləri cəzalandırmaq məqsədi ilə 28 milyon dollar vəsait ayırmağa hazırlaşır.

Bu barədə Dövlət Departamentinin şənbə günü yaydığı yazılı bəyanatda deyilir.

Belə ki, ABŞ yuxarıda qeyd olunan vəsaiti beynəlxalq və xarici ölkələrdəki məhkəmələrin fəaliyyətinə xərcləyəcək.

ABŞ Xarici İşlər Nazirliyi həmçinin əlavə edib ki, ABŞ Ukraynada törədilmiş müharibə cinayətləri və digər vəhşiliklərin sübutlarının sənədləşdirilməsi, saxlanması və təhlilinə yardım etmək üçün əlavə 10 milyon dollar ayırıb.