ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsə Ukraynadakı münaqişəni “dondurmaq” tapşırılıb.
Editor.az xəbər verir ki, bunu alman əsilli fin biznesmeni və ən böyük fayl hostinqi Megaupload xidmətinin keçmiş sahibi Kim Dotcom X sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Bern Ukrayna prezidenti Vladimir Zelenskiyə vaxtının bitdiyini bildirmək üçün Ukraynaya gedib.
Dotcom ABŞ prezidenti Co Baydenin aşağı reytinqini xilas etmək üçün Ukrayna münaqişəsini dondurmaq istədiyini iddia edir. Sahibkar Bernsin təklif etdiyi təzminatdan imtina edəcəyi təqdirdə Zelenskiyə uğurlar arzulayıb.
//Gülnarə Abasova, Editor.az

