ABŞ Ukraynadan gələn immiqrantların müraciətlərini qiymətləndirməyi dayandırıbbackend

ABŞ Ukraynadan gələn immiqrantların müraciətlərini qiymətləndirməyi dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp administrasiyası keçmiş lider Co Baydenin dövründə ölkəyə giriş icazəsi verilən Latın Amerikası və Ukraynalı mühacirlərin müraciətlərini təxirə salıb.

Editor.az bu barədə CBS-ə istinadla yazır.

“Tramp administrasiyası Bayden dövründə bəzi proqramlar çərçivəsində ABŞ-a girməsinə icazə verilən Latın Amerikalı və Ukraynalı mühacirlərin etdiyi bütün immiqrasiya müraciətlərini fırıldaqçılıq və təhlükəsizlik problemlərini əsas gətirərək dayandırdı”,-deyə bildirilib. Bu addımın ABŞ-da qanuni olaraq qalmalarına imkan verəcək müxtəlif immiqrasiya güzəştləri üçün müraciət prosesində olan immiqrantlara təsir edəcəyi qeyd edilib.

Qeyd edək ki, yanvarın 20-də keçirilən inauqurasiya mərasimində Tramp icazəsiz immiqrantların ABŞ-a girişini dərhal dayandıracağını və milyonlarla mühacirin geri qaytarılması prosesinə başlayacağını vəd edib. Tramp həmçinin ABŞ-ın cənub sərhədindəki vəziyyətə görə ümummilli fövqəladə vəziyyət elan etmişdi. ABŞ-ın sərhəd təhlükəsizliyi rəisi Tom Homan Trampın prezidentliyinin ilk həftəsində 4 mindən çox immiqrantın ABŞ-dan deportasiya edildiyini bildirib.

//Gülnarə Abasova, Editor.az