Avropa ölkələri proqramın öhdəsindən gəlməsə, ABŞ ukraynalı pilotların təlimində iştirak etməyə hazırdır.
Editor.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
Pentaqonun sözçüsünə görə, təlimlərdə lider olan Danimarka və Hollandiya qrafikdən geri qaldıqda və ya daha çox UAF pilotunun hazırlanmasına ehtiyac olarsa, ABŞ təlim prosesində iştirak edəcək.
Sinq qeyd edib ki, ukraynalı pilotların F-16-nı idarə etməyə hazır olmaq üçün ingilis dilində ciddi təlimə ehtiyacı var. O əlavə edib ki, bunun üçün bir qədər vaxt lazım olacaq.
//Gülnarə Abasova, Editor.az