ABŞ Ukraynanı ərazisinin bir hissəsini Rusiyaya icarəyə verməyə məcbur etməyə çalışırbackend

ABŞ Ukraynanı ərazisinin bir hissəsini Rusiyaya icarəyə verməyə məcbur etməyə çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ tərəfindən hazırlanmış sülh planı Ukraynanın “ərazisinin bir hissəsini Rusiyaya icarəyə verməyə məcbur edilə biləcəyini” nəzərdə tutur.

“The Telegraph” qəzetinə görə, Kiyev Donbasın nəzarətini Rusiyaya verəcək, Moskva isə “regionun faktiki nəzarəti üçün icarə haqqı ödəyəcək”. Qəzetin məlumatına görə, ABŞ administrasiyasının razılaşmasında Ukraynanın Donbasın “qanuni mülkiyyətini saxlayacağı” nəzərdə tutulur. “The Telegraph” iddia edir ki, ərazi müqabilində Moskva “Ukraynanın torpaqlarına çıxışının itirilməsi səbəbindən çəkdiyi maliyyə itkilərini kompensasiya etmək üçün çox güman ki, torpaq vergisi ödəməli olacaq”. “Kirayə haqqı”nın məbləği göstərilməyib.

Qəzet aydınlaşdırır ki, Ukrayna konstitusiyasına görə, ərazi transferi məsələsi ümumxalq səsverməsinə çıxarılmalıdır. Lakin bunun qarşısını “icarə müqaviləsi” bağlamaqla almaq olar. Ağ Ev Ukrayna prezidenti Vladimir Zelenskidən ABŞ planına razılıq verməsini tələb edib.

//Samir Qurbanov, Editor.az