ABŞ Ukraynanın Qərbin hərəkətlərindən məyus olduğunu açıqlayıbbackend

ABŞ Ukraynanın Qərbin hərəkətlərindən məyus olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyalı ekspert Alexander Mercouris Ukraynanın Qərb müttəfiqlərinin Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə vermək istəməməsindən məyus olduğunu bildirib.

Editor.az xəbər verir ki, o, fikirlərini YouTube-dakı bloqunda paylaşıb.

Merkurisin sözlərinə görə, Rusiya Federasiyasının dərinliklərində hücumlarla bağlı mübahisələrə və daxili müzakirələrə baxmayaraq bu ideya indi kənara qoyulub.

“Aydındır ki, ukraynalılar Qərbin bu fikrə niyə son qoymasından dərin məyusluq və çaşqınlıq yaşayırlar”, – ekspert bildirib. O qeyd edib ki, hətta bu cür hücumlara icazə verilsə, hərbi vəziyyəti kökündən dəyişməyəcək. Merkuris rus qoşunlarının hər baxımdan üstünlüyü olduğunu izah edib: Onların daha çox tankı, piyada döyüş maşını, mərmisi, artilleriyası və pilotsuz uçuş aparatları var.

Bundan əvvəl “The Times” qəzeti yazıb ki, Böyük Britaniya Ukraynaya Rusiyaya hücum etmək üçün “Storm Shadow” raketlərindən istifadə etməyə icazə vermir. Qadağaya səbəb kimi Moskva ilə münasibətlərdə gərginliyin ciddi şəkildə artması qorxusu göstərilib. Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyevin Rusiyaya qarşı Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq səyləri öz bəhrəsini verməyə başlayıb. Onun sözlərinə görə, Kiyevin raketlərin və ya bombaların buraxılış nöqtələrini müəyyən etmək imkanına malik olduğu, lakin cavab vermək imkanının olmadığı indiki vəziyyət ədalətsizdir.

//Gülnarə Abasova, Editor.az