ABŞ-ın Ukraynaya yardımının həcmi 123,3 milyard dollara çatıb.
Editor.az xəbər verir ki, bu barədə RKil Dünya İqtisadiyyatı İnstitutunun yaydığı məlumatda deyilir.
2025-ci ilin aprel ayına olan məlumata görə, hərbi yardım tədarükü 69,5 milyard dollar, maliyyə dəstəyi 50,1 milyard dollar, humanitar yardımlar isə 3,7 milyard dollar təşkil edib.
Qeyd edilib ki, 2025-ci ilin may ayından iyulun əvvəlinə qədər yeni tədarüklər aparılmayıb.
İyulun 2-də ABŞ Ukraynaya əsas “Patriot” ələ keçirən qurğuların, zenit-raket komplekslərinin, dəqiq idarə olunan hərbi sursatların və 155 mm-lik mərmilərin çatdırılmasını dayandırıb. Pentaqon öz arsenallarını nəzərdən keçirir və onların Kiyevə uzunmüddətli yardım və Yaxın Şərqdəki əməliyyatlar səbəbindən ixtisar ediləcəyindən narahatdır. Silahların bəziləri artıq Avropadadır, lakin bir partiyası Ukraynaya göndərilməzdən əvvəl saxlanılıb.
//Gülnarə Abasova, Editor.az

