ABŞ Pentaqonun ehtiyatlarından Ukraynaya 500 milyon dollar əlavə hərbi yardım ayıracağını açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında dövlət katibi Entoni Blinken bildirib. Blinken vurğulayıb ki, ABŞ prezidenti Co Baydenin sentyabrın 26-da elan etdiyi hərbi yardımın genişləndirilməsi çərçivəsində Vaşinqton Ukraynalı müttəfiqlərinə yeni və mühüm kritik silah və texnika paketi göndərib. Bu paketə HIMARS çoxsaylı buraxılış raket sisteminin döyüş sursatları, pilotsuz təyyarələrə qarşı müdafiə, 105 mm və 155 mm-lik artilleriya sursatları, yüksək sürətli radar əleyhinə raketlər və bioloji, kimyəvi, radioloji və nüvə təhlükələrindən qorunmaq üçün minaya davamlı maşınlar və avadanlıqlar daxildir.
Dünən ABŞ-ın Ukraynaya yeni yardım paketi hazırladığı öyrənilib.
//Gülnarə Abasova, Editor.az