ABŞ mediası Amerikanın Ukraynaya 750 milyon dollar dəyərində yeni silah yardımı etməyə hazırlaşdığını yazıb.
Editor.az xəbər verir ki, NBC televiziyası informasiyanın bu həftə təsdiqlənəcəyini açıqlayıb.
NBC-yə danışan rəsmilər göndəriləcək silahlar arasında “dəniz İHA”ları olaraq bilinən pilotsuz suüstü vasitələr və “Mi-17” helikopterlərinin olacağını bildirib.
“Göndəriləcək silahlar, çox güman ki, haubitsalar da daxil olmaqla, yüksək texnologiyalı minaatanlardan ibarət olacaq. Biz Rusiyanın müharibədə məğlub olmasını istəyirik”, – hökumət rəsmisi Reuters agentliyinə bildirib.
ABŞ Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kiyev administrasiyasına 1,7 milyard dollar silah yardımı göstərib. Xüsusilə, göndərilən tank və zenit silahlarının Kiyevin müdafiəsində mühüm rol oynadığı məlumdur.
Qeyd edək ki, Ukrayna ABŞ-ın ölkəsinə daha çox ağır silahlar göndərməsini istəyir.
//Gülnarə Abasova, Editor.az

