ABŞ Ukraynaya Abrams tankı verəcəkbackend

ABŞ Ukraynaya Abrams tankı verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ rəsmisi bildirib ki, ABŞ prezidenti Co Bayden “M1 Abrams” tanklarının bu həftə, ən tez sabah Ukraynaya çatdıracaqlarını açıqlayacaq.

Editor.az xəbər verir ki, “Anadolu” agentliyinə danışan rəsmi bildirib ki, elan ediləcək paketə 30-50 tanka uyğun gələn “Abrams batalyonu” daxil ola bilər. ABŞ-ın tank batalyonları 44 tankdan ibarətdir.

Vaşinqton administrasiyasının bu addımı Almaniyanın ABŞ-dan əvvəl Ukraynaya tank tədarük etmək istəməməsindən və digər dövlətlər tərəfindən Ukrayna ordusuna Almaniya istehsalı olan tankların tədarükünü hələ də təsdiqləməməsindən sonra atılıb. Gün ərzində mətbuata açıqlama verən ABŞ rəsmiləri Vaşinqtonun Almaniya ilə diplomatik razılaşma çərçivəsində Ukraynaya tank tədarük etməyə meylli olduğunu bildiriblər.

Müvafiq olaraq, Almaniyanın Ukrayna və Polşaya öz inventarından Leopard tankları verməsi və digər dövlətlərin özlərində olan alman istehsalı olan tankları Ukraynaya təklif etməsinə razılıq verməsi müqabilində ABŞ Ukraynaya “M1 Abrams” tankları tədarük edəcək.

//Gülnarə Abasova, Editor.az