ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfəri zamanı Ukraynaya Amerikanın uzaqmənzilli silahları ilə Rusiyaya zərbə endirməyə icazə verəcək.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol sentyabrın 10-da X-də yazıb. “Mən Blinkenlə iki gün əvvəl danışdım və o, öz britaniyalı həmkarı ilə birlikdə Kiyevə gedir ki, onlara ATACMS ilə Rusiyaya zərbə endirməyə icazə versin”, – deyə Makkol bildirib.