ABŞ Ukraynaya ATACMS operativ-taktiki raket sistemlərini verməyə yaxındırbackend

ABŞ Ukraynaya ATACMS operativ-taktiki raket sistemlərini verməyə yaxındır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya kaset sursatları ilə daha uzun mənzilli raketlərin tədarükünə razılıq verməyə yaxındır.

Editor.az bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir. Məlumata görə, Ukraynanın iyul ayında aldığı kaset sursatlarının tədarükünü təsdiqlədikdən sonra ABŞ 300 km-ə qədər mənzilli ATACMS operativ-taktiki raket sistemlərini və ya 75 km-lik GMLRS raketlərini göndərməyi nəzərdən keçirir. Mənbələrin aydınlaşdırır ki, ATACMS və ya GMLRS-in köçürülməsi ilə bağlı qərar hələ verilməyib.

Co Bayden administrasiyası bir neçə aydır ki, daha uzun mənzilli raketlərin tədarükü imkanlarını müzakirə edir və bunun Rusiya ilə münaqişənin kəskinləşməsinə səbəb olacağından ehtiyatlanır. Sentyabrın 9-da ABC telekanalı mənbələrə istinadən xəbər verib ki, ATACMS raketləri Ukraynaya yeni hərbi yardım paketinə daxil edilə bilər.

Telekanal qeyd edib ki, qərar təsdiq olunarsa, raketlərin Ukraynaya çatması aylar çəkə bilər. Sentyabrın 11-də Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib ki, ATACMS təchizatı məsələsi hələ də nəzərdən keçirilir və bu məsələdə heç bir dəyişiklik yoxdur. Bir gün əvvəl isə Co Baydenin milli təhlükəsizlik üzrə birinci müavini Conatan Fayner demişdi ki, onun yeni təchizatlarla bağlı elan edəcəyi heç nə yoxdur, eyni zamanda ABŞ “hazırda heç nəyi istisna etmir”.

//Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!