ABŞ Ukraynaya ATACMS uzaqmənzilli raketlərinin müasir versiyalarını ötürə bilərbackend

ABŞ Ukraynaya ATACMS uzaqmənzilli raketlərinin müasir versiyalarını ötürə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ATACMS uzaqmənzilli raketlərinin müasir versiyalarını Ukraynaya ötürə bilər.

Bundan əvvəl Kiyev dəfələrlə Vaşinqtondan Krıma hücumlar üçün təxminən 290 km mənzilli bu raketlərin verilməsini xahiş etmişdi.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” Amerika rəsmilərinə istinadən yazıb. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Co Bayden administrasiyası əvvəllər müasir uzaqmənzilli raketlərin tədarükündən imtina edib.

Ağ Ev hesab edirdi ki, bütün ATACMS arsenalı ABŞ Silahlı Qüvvələrində xidmətdə qalmalıdır. Lakin indi Pentaqon uzaqmənzilli raketlərin təhvil verilməsinə razılıq verə bilər, çünki ABŞ ordusunun onları yeni yüksək dəqiqlikli PrSM (Precision Strike Missile) raketləri ilə əvəz etmək imkanı var. Yeni raketlərin uçuş məsafəsi 400 km-dən çoxdur.

Yeni raketlər 2023-cü ilin noyabrında sınaqdan keçirilib. Raketlərin ilk partiyası dekabr ayında ABŞ ordusunda xidmətə girib. Bununla belə, qəzetin mənbələrinə görə, Baydenin belə raketlərin Ukraynaya ötürülməsinə razılıq verib-verməyəcəyi hələ məlum deyil.

//Samir Qurbanov, Editor.az