Ukrayna Ali Baş Komandanının qərargahı Baxmutun (Artemivsk) müdafiəsini gücləndirmək qərarına gəlib.
Editor.az bildirir ki, bu barədə prezident Vladimir Zelenski deyib. KİV-in məlumatına görə, Birləşmiş Ştatlar yanvar ayından etibarən Ukraynaya qoşunların şəhərdən çıxarılmasını tövsiyə edir və diqqəti planlaşdırılan əks-hücum əməliyyatına yönəltməyə çağırır.
Məsələ ilə bağlı keçirilən müşavirədə Zelenski “Donbassdakı döyüşlərin bütün Ukraynanın gələcəyini həll etdiyini” söyləməklə, Baxmutun müdafiəsinin davam etdirilməsinə qərar verib. Qeyd edək ki, Ukrayna və Amerika hərbçiləri Baxmut üzərində nəzarəti saxlamasının zəruriliyi ilə bağlı fərqli fikirlərə malikdirlər. Rəsmi Kiyev şəhərin müdafiəsinin davam etdirilməsi və əməliyyatın gücləndirilməsinin tərəfdarıdır. Ağ Evin fikrincə isə Ukrayna Silahlı Qüvvələrinin Baxmutdan geri çəkilməsi strateji əhəmiyyət kəsb etməyəcək.
//Samir Qurbanov, Editor.az