ABŞ Ukraynaya bütöv eskadadriliyalar və eskadronlar verəcək – Vladimir Zelenskibackend

ABŞ Ukraynaya bütöv eskadadriliyalar və eskadronlar verəcək – Vladimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna və ABŞ arasında təhlükəsizlik zəmanətləri haqqında saziş Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələrin tədarükünü nəzərdə tutur.

O, bu barədə ABŞ prezidenti Co Baydenlə müqavilə imzaladıqdan sonra keçirdiyi mətbuat konfransında danışıb. Zelenski nə qədər təyyarənin gətiriləcəyini dəqiqləşdirməyib. “Patriot” sistemləri və döyüş eskadrilyalarının tədarükü ilə bağlı çox konkret müddəalar, bir çox eskadrilyalar, o cümlədən F-16. Lakin onlarla da məhdudlaşmır”, – deyə Zelenski cavab verib. Qeyd edək ki, qırıcı və ya cəbhə aviasiyasının aviasiya eskadronu adətən 12-yə qədər təyyarədən ibarət olur.

Dünən, iyunun 13-də İtaliyada keçirilən G7 sammiti çərçivəsində Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Co Bayden təhlükəsizlik sazişi imzalayıblar. Saziş on il üçün nəzərdə tutulmuşdur.

//Samir Qurbanov, Editor.az