Co Bayden administrasiyası gələn həftənin əvvəlində Ukraynaya yeni hərbi yardım paketi ayırmaq niyyətindədir.
“Associated Press”ə verilən məlumata görə, yardımım məbləği 1,25 milyard dollar təşkil edəcək. Yardım paketinə çoxlu sursat, o cümlədən NASAMS və HAWK zenit-raket sistemləri daxil olacaq. Kiyevə həmçinin “Stinger” portativ hava hücumundan müdafiə sistemi üçün raketlər və 155 mm və 105 mm çaplı artilleriya mərmiləri göndəriləcək. Paketin bazar ertəsi, dekabrın 30-da elan ediləcəyi gözlənilir.
Amerika mətbuatının yazdığına görə, Co Bayden administrasiyasının Pentaqonun ehtiyatlarından silahların ötürülməsi proqramı çərçivəsində Ukraynaya qalan 5,6 milyard dollarlıq yardımın hamısını xərcləməyə vaxtı olmayacaq. ABŞ prezidenti bu həftənin əvvəlində Müdafiə Nazirliyinə silah tədarükünü artırmağa davam etməyi tapşırmışdı.
//Samir Qurbanov, Editor.az