“ABŞ Ukraynaya əks-hücum üçün istədiyi hər şeyi verir”- Ağ Evbackend

“ABŞ Ukraynaya əks-hücum üçün istədiyi hər şeyi verir”- Ağ Ev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ tezliklə Ukraynaya yeni yardım paketi göndərəcək.

Editor.az xarici mediaya istinadla bildirib ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib.

Kirbi həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar ukraynalıların əks hücuma keçməsi üçün lazım olan hərbi yardımın demək olar ki, 100 faizini təmin edib.

Qeyd edək ki, bu yaxınlarda Ukrayna ordusunun genişmiqyaslı əks-hücumu gözlənilir, lakin onun başlama vaxtı, istiqaməti və təfərrüatları barədə heç bir məlumat yoxdur.

//Gülnarə Abasova, Editor.az