ABŞ prezidenti Donald Tramp Ukraynada ABŞ hərbçilərinin olmayacağını bildirib: “Bizim döyüş bölgəsində (Ukraynada) əsgərlərimiz olmayacaq”, – o deyib.
Qeyd edək ki, bazar ertəsi ABŞ prezidenti Rusiyaya Ukraynadakı döyüşləri dayandırmaq üçün ultimatum verib. Donald Tramp söz verib ki, bu baş verməsə, Rusiya və onun ticarət tərəfdaşlarına 100% rüsum tətbiq olunacaq.
Tramp həmçinin Kiyevə silah tədarükünü avropalı müttəfiqləri hesabına bərpa edəcəyinə söz verib. O, NATO ilə yeni sazişin necə həyata keçiriləcəyi ilə bağlı detalları açıqlamasa da, ABŞ üçün faydalı adlandırıb.
//Samir Qurbanov, Editor.az

