ABŞ Ukraynaya gizli şəkildə 100-dən çox uzaqmənzilli ATACMS raketləri göndəribbackend

ABŞ Ukraynaya gizli şəkildə 100-dən çox uzaqmənzilli ATACMS raketləri göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ gizli şəkildə Ukraynaya uzaqmənzilli ATACMS raketləri göndərib.

Ukrayna qüvvələri Krımda aerodrom və Ukraynanın cənub-şərqində rus qoşunlarına zərbələr endirərək onlardan uğurla istifadə edib.

Editor.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, keçən həftə ABŞ sakitcə Ukraynaya uzun mənzilli ATACMS raketlərinin bir partiyasını göndərib. Söhbət 100 ədəddən çox olan partiyadan gedir.

Fevralın ortalarında ABŞ prezidenti Co Bayden 100-dən çox daha uzun mənzilli raketlərin, eləcə də kasetli sursatların digər variantlarının göndərilməsi qərarını gizli şəkildə təsdiqləyib. Silahlar mart ayında Ukraynaya 300 milyon dollarlıq göndərişin bir hissəsi olub. Ağ Ev Ukraynaya raket göndərilməsini gizlədib ki, ruslar bundan yararlanmasın. Əgər Kreml raketlərin artıq yolda olduğunu bilsəydi, onlar dərhal öz əsas anbarlarını və qərargahlarını raketlərin təsir dairəsindən çıxarmağı əmr edərdilər.

Qeyd edək ki, ABŞ Ukraynanın uzaqmənzilli raketlər tələbini rədd etmişdi. Lakin sonradan Bayden fikrini dəyişdi və bunun da səbəbləri var idi. Rusiya Ukraynaya getdikcə daha çox ballistik raketlər atmağa başladı ki, Kiyev də bu təhdidlərin qarşısını almağa kömək edə biləcək silahlar tələbini artırdı.j

//Samir Qurbanov, Editor.az