ABŞ Ukraynaya hərbi yardımı dayandırıb – Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatorubackend

ABŞ Ukraynaya hərbi yardımı dayandırıb – Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya sonuncu hərbi yardım paketini təqdim edib.

Editor.az bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib. Ağ Ev nümayəndəsinin sözlərinə görə, belə proqramlara ayrılan pullar bitib.

“Bəli, biz dəstəkləmək üçün maliyyələşdirdiyimiz mövcud inventarın son partiyasını buraxdıq” –Kirbi deyib. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya Rusiyaya qarşı müharibəsində yardımı dayandırılıb, çünki sərhəd təhlükəsizliyi tədbirlərinin yenidən nəzərdən keçirilməsini nəzərdə tutan yardım paketi ilə bağlı danışıqlar hələ davam edir.

“Göstərdiyimiz yardım indi tamamilə dayanıb. ABŞ Konqresinin bu milli təhlükəsizlik tələbi ilə bağlı hərəkətə keçməsi çox vacibdir ki, biz əlavə maliyyə ala bilək”, o, deyib. Kirbi onu da vurğulayıb ki, qış aylarında Ukrayna xüsusilə təcili silah təchizatına ehtiyac duyur.

//Samir Qurbanov, Editor.az