ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Avropa İttifaqı (Aİ) yardım xərclərini Amerika səviyyəsinə qədər artırana qədər Vaşinqton Ukraynaya maliyyə yardımlarını azaltmalıdır.
Editor.az xəbər verir ki, Trampın “Truth” sosial şəbəkəsindəki səhifəsində dediyi kimi, ABŞ Kiyevi dəstəkləmək üçün Aİ-dən artıq pul xərcləməməlidir. “Nə üçün vicdansız Co Bayden ödənişlərdə ABŞ-dan geri qaldığı Avropanı Ukraynaya 175 milyard dollar köçürməyə məcbur etmir? Niyə biz bərabərlik, dolların dollara bərabər olmasında israr etmirik?”, – keçmiş prezident vurğulayıb.
O, əmindir ki, indi Avropa İttifaqı Kiyevə dəstək xərclərini kökündən artırana və bu göstəricidə ABŞ-la eyni səviyyəyə çatana qədər Amerika hakimiyyəti “heç bir halda bir dollar da xərcləməməlidir”. Tramp hesab edir ki, Ukraynadakı hərbi münaqişəyə sülh danışıqları yolu ilə tezliklə son qoyulmalıdır, lakin ABŞ-ın indiki administrasiyası belə ssenaridə maraqlı deyil. Xatırladaq ki, bundan əvvəl iş adamı İlon Mask da bəyan etmişdi ki, əgər bu, ABŞ-ın ehtiyaclarının ziyanına edilərsə, Ukraynaya hərbi və iqtisadi yardımın ayrılmasını dəstəkləmir. Ovə ABŞ bundan imtina edilməlidir.
//Samir Qurbanov, Editor.az