ABŞ Ukraynaya Qərb təlimçilərinin göndərilməsinin təhlükəli nəticələrini açıqlayıbbackend

ABŞ Ukraynaya Qərb təlimçilərinin göndərilməsinin təhlükəli nəticələrini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO təlimçilərinin Ukrayna ərazisinə göndərilməsi Rusiya ilə Şimali Atlantika Alyansı arasında hərbi münaqişəyə səbəb olacaq.

Editor.az xəbər verir ki, bu qənaətə analitik Mark Episkopos Responsible Statecraft üçün hazırladığı materialda gəlib. “Rusiya ilə heç bir razılaşma olmadan NATO qoşunlarının Ukraynaya göndərilməsi çox güman ki, NATO ölkələrini, o cümlədən ABŞ-ı Rusiya qüvvələri ilə amansız müharibəyə sürükləyə bilər”,-deyə o yazıb.

Bundan əvvəl politoloq və jurnalist Yuri Svetov bildirib ki, Şimali Atlantika Alyansı Ukraynaya qoşun yeritmək qərarına gəlsə, bunu mərhələli şəkildə edəcək və son ana qədər döyüş bölgəsində mövcudluğunu gizlədəcək. Hər şey, guya NATO-dan deyil, yalnız Ukraynaya kömək etmək istəyən ölkələrdən qoşunların gəlməsi ilə başlayacaq. Ekspert əlavə edib ki, Rusiyadan sərt cavab olmasa, NATO növbəti addımı atacaq və bu, alyansın hərbi əməliyyatlara daha da cəlb olunması demək olacaq.

//Gülnarə Abasova, Editor.az