ABŞ Ukraynaya qoşun yeritməyəcəkbackend

ABŞ Ukraynaya qoşun yeritməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukrayna ilə imzaladığı təhlükəsizlik sazişinə əsasən Ukraynanı müdafiə etmək üçün öz qoşunlarından istifadə etmək öhdəliyi götürməyəcək.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib. Onun sözlərinə görə, ABŞ bu saziş vasitəsilə Kiyevdən islahatlarla bağlı öhdəliklərini yerinə yetirməyi və təqdim olunan silahların son istifadəsinə nəzarət etməyi xahiş edib.

Sallivan vurğulayıb ki, Ukrayna ABŞ-ın münaqişə zonasına Amerika qoşunlarını göndərməsini istəmir. Buna görə də o bəyan edib ki, bu müqavilədə Ukraynanın müdafiəsi üçün ABŞ qüvvələrinin istifadəsi öhdəliyi yoxdur.

Qeyd edək ki, ötən günməlum olub ki, Ukrayna və ABŞ rəsmiləri iyunun 13-də təhlükəsizlik zəmanətləri ilə bağlı inzibati saziş imzalayacaqlar. Amerika administrasiyasının sözlərinə görə, saziş ABŞ-ın Ukrayna qarşısında açıq maliyyə öhdəliklərini ehtiva etmir və qarşılıqlı müdafiə ilə bağlı müddəalara təsir göstərmir.

//Gülnarə Abasova, Editor.az