ABŞ Ukraynaya qoşun yeritməyi planlaşdırmırbackend

ABŞ Ukraynaya qoşun yeritməyi planlaşdırmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ nə indi, nə də gələcəkdə Ukraynaya qoşun yeritmək niyyətində deyil.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib. O, brifinqdə jurnalistlərə deyib: “Hazırda ABŞ hərbçilərini Ukraynaya döyüşmək üçün göndərmək planımız yoxdur və bu vəziyyət (gələcəkdə) dəyişməyəcək”.

Rayderin sözlərinə görə, ABŞ prezidenti Co Bayden və müdafiə naziri Lloyd Ostinin bu məsələ ilə bağlı mövqeyi “aydın” olaraq qalır. İyunun 25-də məlum olub ki, Amerika prezidenti Co Baydenin administrasiyası ABŞ hərbi podratçılarının Ukraynada yerləşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması üzərində işləyir. Ehtimal olunur ki, bu təşəbbüsün məqsədi Kiyevə Vaşinqton tərəfindən verilən silahların təmiri və texniki xidmətində yardım göstərmək olub. Vurğulanır ki, ABŞ prezidenti bu planın həyata keçirilməsini hələ təsdiq etməyib.

//Gülnarə Abasova, Editor.az