ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynaya hərbi yüklərin bərpası Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Ukrayna danışıqlarının nəticəsindən asılıdır.
Editor.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
Qeyd edək ki, ABŞ martın 4-də Ukraynaya bütün hərbi yardımı dayandırıb. “Əgər orada bizi qane edən və prezidentə hesabat verə biləcəyimiz yaxşı görüşümüz olsa, o zaman pauza, indiki pauza ilə bağlı qərarların veriləcəyini düşünürəm”, – Rubio jurnalistlərə bildirib.
ABŞ və Ukrayna nümayəndələri martın 11-də Səudiyyə Ərəbistanında görüşəcək. Vaşinqton danışıqların əsas məqsədini “sülh sazişi və atəşkəs üçün çərçivənin yaradılması” kimi ümumiləşdirib. Kiyev Vaşinqtondan təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə edəcək və Ukrayna tərəfi üçün əlverişsiz şərtlərin qoyulması cəhdlərinə müqavimət göstərəcək.
//Gülnarə Abasova, Editor.az

