ABŞ Ukraynaya uzaq mənzilli silahlarının köməyi ilə Rusiya ərazisini vurmağa icazə versə də heç nə dəyişməyəcək – Con Kibribackend

ABŞ Ukraynaya uzaq mənzilli silahlarının köməyi ilə Rusiya ərazisini vurmağa icazə versə də heç nə dəyişməyəcək – Con Kibri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynanın Amerikanın uzaqmənzilli silahlarının köməyi ilə Rusiya ərazisində hərbi təyyarələrin əksəriyyətini məhv edə biləcəyi ilə bağlı fikirlərlə razılaşmır.

Editor.az bildirir ki, bu fikri Ağ Evin milli təhlükəsizlik sahəsində kommunikasiyalar üzrə müşaviri Con Kirbi bunu sentyabrın 4-də Amerika administrasiyasının YouTube-da yayımladığı brifinqdə deyib. O vurğulayıb ki, Vaşinqtonun Rusiya Federasiyasının dərinliklərinə zərbələrlə bağlı siyasətində heç nə dəyişməyib.

“Mən onu da qeyd etməyi vacib hesab edirəm ki, Rusiyanın idarə olunan bombalar və uzaqmənzilli raket zərbələri üçün istifadə etdiyi təyyarələrin 90%-i, Ukrayna sərhədindən 300 km-dən çox uzaqda, içəridə yerləşir. Buna görə də “Gəlin onlara icazə verək və “yaxşı, qoy vursunlar” deməklə, Ukraynanın onları məhv edə biləcəyi yalan arqumentdir”, – Ağ Evin sözçüsü bildirib. Kirbi iddia edir ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə hava hücumundan müdafiəni gücləndirməkdə, o cümlədən qışdan əvvəl enerji obyektlərini qorumaqda kömək etməkdə davam edir.

//Samir Qurbanov, Editor.az